Bakıda cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

06.08.2023 - 17:33

cedabet dərman SEO Xidməti

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal olunur

Avqustun 6-da saat 5 radələrində Xətai rayonu, Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş