Bakıda çay evində yanğın olub

Xəbərlər

01.11.2023 - 11:02

cedabet dərman SEO Xidməti

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 70 kvadratmetr olan çay evinin mətbəxinin yanar konstruksiyaları beş kvadratmetr sahədə, dəhlizə quraşdırılan bir ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı bir kvadratmetr sahədə əriyib.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş