Bakıda bıçaqlanma hadisəsi baş verib

Hadisə

04.07.2022 - 08:37

Şübhəli şəxs qismində bir nəfər tutularaq istintaqa cəlb edilib

İyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı ünvanda xəsarətlər alması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1978-ci il təvəllüdlü Sahil Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Əliyarovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az