Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb

Hadisə

01.06.2022 - 09:45

Avtomobil 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib. AYNA  APA-ya istinadən xəbər verir ki, qəza Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobili idarə edən şəxs yüksək sürətlə Mirəsədulla Mirqasımov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobil 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub. Maşının sürürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb. Onlar xəstəxana işçilərinin köməkliyi ilə maşından çıxarılaraq reanimasiyaya çatdırılıb. Daha sonra avtomobil yanmağa başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun ətrafa keçməsinin qarşısı alınıb.

Hər iki yaralının vəziyyəti ağırdır. 

Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb Bakıda avtomobil xəstəxananın divarını uçuraraq yanıb
Müəllif: Ayna.az