Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Xəbərlər

16.08.2022 - 01:21

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

İstismara verilməyən yolla qarşı istiqamətə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçən 30-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az