Bakıda avtomobil 69 yaşlı qadını vurub

Hadisə

19.01.2025 - 12:12

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın məlumatına görə, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Əliyeva Əntiqə Məhəmməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az