Bakıda avtomobil 39 yaşlı qadını vurub

Hadisə

26.03.2021 - 23:32

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

 

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında qeydə alınıb.

 

Belə ki, 1982-ci il Muradova Natalya Nikolay qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş