Bakıda avtobusların sayı artırılacaq

Xəbərlər

02.05.2025 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

“Sərnişin daşıma sahəsində Bakıda 2200-dən çox avtobus fəaliyyət gösətrir”

Hazırda Azərbaycada yerli şirkətlərə məxsus 14 minə yaxın “TIR” adlanan nəqliyyat vasitələri fəaliyyət göstərir. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direkroru Vəli Məmmədov deyib.

O bildirib ki, bu 2022-ci illə müqayisədə 10 min ədəd artım deməkdir: “Bu, həm də yeni iş yerləri deməkdir. Sərnişin daşıma sahəsində Bakıda 2200-dən çox avtobus fəaliyyət gösətrir. Bu da gündə bir milyondan çox sərnişin daşınma deməkdir”.

“Ümumi yanaşma budur ki, 2030-cu ilə qədər Bakı 30 ən yaxşı şəhər sırasına qoşulsun. Bunun üçün də nəqliyyat sistemi gözəlləşdirilməlidir. Yaxın gələcəkdə avtobusların sayını bir az da artırmağı düşünürük”, - deyə əlavə edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş