Bakıda avtobusda yanğın olub

Xəbərlər

22.09.2023 - 12:53

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub

Bakının Binəqədi rayonunda “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az