Müəyyənləşdirilmiş 14 günlük karantin müddəti başa çatır
Martın 4-də Bakıdakı 82 nömrəli tam orta məktəbdə əyani tədris prosesi bərpa olunur. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, məktəb kontingenti üçün Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti martın 4-də başa çatır.
Qeyd edək ki, 82 nömrəli tam orta məktəbdə 1 şagird və 2 müəllimin COVID-19 testi pozitiv çıxdığına görə tədris ocağı fevralın 19-da müvəqqəti olaraq distant təhsil formasına keçilmişdi.