Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanıb

Hadisə

30.07.2021 - 01:47

Meyit aidiyyəti üzrə təhvil verilib 

 

Bakıda mənzildə 71 yaşlı kişinin meyiti aşkarlanıb. Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Quliyev İftixar Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az