Bakıda 45 yaşlı kişi qətlə yetirilib

Xəbərlər

03.12.2023 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə ilə bağlı cinayət işi başlanıb

Dekabrın 2-si saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş