Bakıda 17 dərəcə isti olacaq

Xəbərlər

11.10.2023 - 13:26

cedabet dərman SEO Xidməti

Rayonlarda leysan xarakterli yağış olacağı, şimşək çaxacağı gözlənilir

Azərbaycanda oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 10-14, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Gecə 9-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş