Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb

Xəbərlər

04.11.2023 - 12:15

cedabet dərman SEO Xidməti

Əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş