Bakı-Sumqayıt qatarlarında yeni hərəkət cədvəli tətbiq ediləcək

Cəmiyyət

20.05.2021 - 22:24

Həkimlər Klinikalar SEO Xidməti

"Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb 

 

Mayın 21-dən etibarən Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.

 

Bu barədə AYNA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Reyslərin sayı saxlanılmaq şərti ilə Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə 6006 və 6012, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə 6606 və 6610, Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə isə 6603 nömrəli qatarların vaxtında dəyişiklik olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş