Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar yolun qeyd edilən hissəsində bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hərəkət hissə-hissə məhdudlaşdırılıb. AYNA xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq: “Sürücülərdən sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.