Bakı-Quba yolunda yanğın olub, xəsarət alan var

Xəbərlər

05.06.2025 - 16:10

cedabet dərman SEO Xidməti

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.

AYNA.AZ-ın “Report”a istinadən məlumatına görə, hadisə nəticəsində ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə olan mazut kütləsi yanıb.

Yanğın zamanı orada fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş