Bakı polisindən Tofiq Yaqublu barədə <font color=red> AÇIQLAMA</font>

Siyasət

14.05.2020 - 17:03

Elşad Hacıyev: “Nigar Həzinin irəli sürdüyü iddiallar əsassızdır”

 

“Törətdiyi əmələ görə Nizami Rayon Polis İdarəsi İstintaq şöbəsində cinayət işi üzrə təqsirləndirilən Tofiq Yaqublunun qızı Nigar Həzinin müstəntiq tərəfindən istintaqın hərəkətsiz saxlanılmaqla, ibtidai araşdırmanın uzadılması ilə bağlı sosial şəbəkələrdə irəli sürdüyü iddiallar əsassızdır”.

 

AYNA-nın xəbərinə görə, bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev həbsdə olan Milli Şura üzvü Tofiq Yaqublunun qızı Nigar Həzinin söylədiklərinə münasibət bildirərkən deyib.

 

BBPİ rəsmisi qeyd edib ki, cinayət işinin ibtidai istintaqını aparan Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən T.Yaqublunun həyat yoldaşı və qohumu şahid qismində mayın 7-də idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər: “Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.

Müəllif: Ayna.az