Mehriban Əliyeva qadınları təbrik edib

Siyasət

08.03.2020 - 11:56

Bu gün Beynəlxalq Qadınlar Günüdür 

 

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.

 

AYNA-nın məlumatına görə, paylaşımda deyilir:

 

“Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

 

Tanrı sizi və doğmalarınızı qorusun!”

Müəllif: Ayna.az