Bakı-Moskva-Bakı reysində uçuş marşrutu dəyişdi

Xəbərlər

24.02.2022 - 11:51

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşları məhdudlaşdırılıb

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.

AZAL-dan AYNA-ya verilən məlumata görə, qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.

Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş