“Bakı Metropoliteni”: Vaqonda yaranan nasasızlıq aradan qaldırılıb
Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "İnşaatçılar" stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb.
AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.