Bakı metrosunda koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

21.10.2021 - 16:57

Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Bakıda metronun “Memar Əcəmi” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin edilib. Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq prosessual tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az