Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib

Xəbərlər

11.08.2022 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir olmayıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. AYNA xəbər verir ki, bu barədə hava limanından bildirilib.

Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş