“Azeri Light” 131 dollardan baha satılır

İqtisadiyyat

10.06.2022 - 11:37

Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,30 dollar azalaraq 121,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,34 dollar ucuzlaşaraq 122,73 dollar olub.

Neft qiymətlərinin ucuzlaşmasına səbəb kimi investorların Çində koronovirusa yoluxma hallarının yenidən artması ilə əlaqədar neftə olan tələbatın azalması ilə bağlı narahatlığı göstərilir.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,13 dollar artaraq 131,15 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az