“Azərenerji” əhaliyə xəbərdarlıq edib - VİDEO

Xəbərlər

14.07.2022 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

“Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” 

“Azərenerji” ASC əhaliyə xəbərdarlıq edib. ASC-dən AYNA-ya verilən məlumata görə, “Azərenerji” yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə “Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” devizi altında xəbərdarlıq videoçarxı hazırlayıb.

Qeyd edək ki, son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da təbii ki, daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş