Azərbaycanla Koreya arasında əməkdaşlıq müzakirə olunub

Xəbərlər

12.04.2022 - 00:34

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "İT üzrə təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik"

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqla görüşüb.

AYNA xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb. Rəşad Nəbiyev bildirib ki, görüşdə iki ölkə arasında rəqəmsal transformasiya, innovasiya və startaplar sahəsində mövcud əməkdaşlığı və Koreyanın İKT ekspertlərinin ölkəmizə dəvət olunması məsələsini müzakirə edilib.

"Eyni zamanda İT üzrə təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik. Azərbaycanlı gənclərin Koreyanın ali məktəblərində İT sahəsində təhsil alması, eləcə də mütəxəssislərimizin Koreya İnternet Təhlükəsizliyi Agentliyi (KISA) tərəfindən təşkil olunan qısamüddətli kibertəhlükəsizlik təlimlərində iştirakı barədə fikir mübadiləsi apardıq",- nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş