Azərbaycanla İran arasında əməkdaşlıq müzakirə olunub

Xəbərlər

19.08.2020 - 19:55

Mikayıl Cabbarov ilə Fərhad Dejpəsənd arasında videokonfrans keçirilib

 

Azərbaycan ilə İran İslam Respublikası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AYNA-ya bildirilib ki, nazir Mikayıl Cabbarov ilə İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib.

 

Görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Müəllif: Ayna.az