Azərbaycanın Quru Qoşunları komandanı Suriya ilə sərhəddə

Xəbərlər

27.01.2025 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Hikmət Mirzəyev Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə görüşüb

Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı, general-polkovnik Hikmət Mirzeyev Türkiyə-Suriya sərhədindəki Kilis yaşayış məntəqəsinə gedib.

AYNA xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, generalın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə görüşüb.

“Türkiyə ordusunun komandanı Bayraktaroğlu Türkiyə və Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında artan hərbi əməkdaşlıq və koordinasiya haqqında məlumat verib və əldə edilən təcrübələri diqqətə çatdırıb”, deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Quru Qoşunlarının komandanı Hikmət Mirzeyev yanvarın 24-dən Türkiyədə rəsmi səfərdədir. O, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak da daxil olmaqla, çoxsaylı görüşlər keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş