Azərbaycanın iki universiteti dünya universitetləri reytinqində yer aldı

Xəbərlər

03.01.2021 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

UNEC və Xəzər Universitetləri reytinqdə 601+ aralığında qərarlaşıblar

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti ən yaxşı dünya universitetlərini müəyyən edən "Universitetlərin Nüfuz Reytinqi 2020" ("THE University Impact Rankings 2020") cədvəlində yer alıb.

 

AYNA xəbər verir ki, reytinq cədvəlini dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" açıqlayıb.

 

Cədvələ əsasən, Azərbaycanın UNEC və Xəzər Universitetləri reytinqdə 601+ aralığında qərarlaşıblar.

 

Qurum sıralamanı 2020-ci il üçün universitetlərin BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə aparıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş