Hacıqabulda 3.4 maqnitudalı zəlzələ qeydə alınıb
Hacıqabulda zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Hacıqabul rayonunda yerli vaxtla saat 09:51-də 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeraltı təkanların ocağı yerin 23 kilometr dərinliyində yerləşib.