Azərbaycanda yeni medallar təsis edilib - SİYAHI

Xəbərlər

04.08.2023 - 19:53

cedabet dərman SEO Xidməti

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib

Azərbaycanda yeni medallar təsis edilib. AYNA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Beləliklə, dəyişikliklə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” ilə əlaqədar yubiley medalları təsis edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş