Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2230 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 736, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1047, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 162 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 774 761, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 357 725, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 671, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 312 490, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 249 875 nəfər təşkil edir.