Azərbaycanda sərnişindaşıma artıb

Xəbərlər

16.09.2023 - 15:44

cedabet dərman SEO Xidməti

Dövlət Statistika Komitəsi məlumat yayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5% və 16% çox olub.

AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 148,2 milyon ton yük daşıyıb. Yüklərin 4,2%-i dəniz, 8,2%-i dəmir yolu, 0,1%-i hava, 5,5%-i avtomobil nəqliyyatı, 31%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,1% təşkil edib.

8 ayda nəqliyyatçılar 1 189,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,8%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş