Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

29.08.2021 - 20:17

Son sutkada koronavirus əleyhinə 92 min 948 vaksin vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 min 948 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 026 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 687 806, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 042 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 644 830 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az