Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

24.07.2021 - 21:05

Son sutkada koronavirus əleyhinə 55 286 vaksin vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 286 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 785, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 501 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 634 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 882 972 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az