Martın 1-dək ölkəmizdə 22 498 nəfər vaksinasiya edilib
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd vurduran şəxslərin sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, martın 1-dək ölkəmizdə 22 498 nəfər vaksinasiya edilib. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293 360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.