“Azərbaycanda ödənişli hərbi xidmətə keçid mümkün deyil”

Cəmiyyət

05.06.2020 - 10:36

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “Zərurət yarandıqda ordunun xüsusi təyinatlı birləşmələri lazımi əməliyyatları həyata keçirir”

 

Mayın sonlarında cəbhənin Qazax istiqamətində Dövlət Sərhəd Xidmətinin əsgərinin şəhid olması peşəkar ordu məsələsini yenidən aktuallaşdırıb. Belə ki, əli silah görməmiş gənclərin ön cəbhədə xidmətə göndərilməsi ciddi müzakirə mövzusudur. Ki, təcrübəsiz gənclər birbaşa cəbhəyə göndərilir və düşmən gülləsinə tuş gəlirlər.

 

Bəs, belə olan halda peşəkar ordu necə olmalıdır? Azyaşlı, təcrübəsiz gənclərin ön cəbhədə xidmət etməsi nə qədər yararlıdır?

 

Hərbi-siyasi icmalçı Ramil Məmmədli AYNA-ya açıqlmasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri “xalq ordusu”dur: “Yəni ordunun formalaşmasında, şəxsi heyətin komplektləşməsində bütün Azərbaycan vətəndaşları iştirak edirlər. Bu proses isə rotasiya qaydasında tənzimlənir. Bu, o deməkdir ki, sağlam Azərbaycan vətəndaşı ona qoyulan yaş və müddət əsasında zabit, gizir, çavuş və əsgər kimi xidmət edir. Azərbaycanda “xalq ordusu” formatına üstünlük verilməsinin əsas səbəbi isə ölkəmizin işğal faktı ilə üz-üzə qalmasıdır”.

Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş