Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Xəbərlər

07.07.2023 - 01:27

cedabet dərman SEO Xidməti

Son sutkada ölkəmizdə COVID-19-a yoluxanların sayı məlum olub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 955 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 663 nəfər müalicə olunaraq sağalıb, hazırda 8 aktiv xəstə var. Bu günə qədər 10 284 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 029, bu günə qədər isə ümumilikdə 7 648 918 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş