Azərbaycanda daha 162 nəfər COVID-19-a yoluxub

Xəbərlər

21.08.2020 - 17:04

cedabet dərman SEO Xidməti

171 nəfər sağalıb, 2 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, aktiv xəstə sayı 1 727 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 986, ötən müddət ərzində isə ümumilikdə 861 788 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş