Azərbaycanda COVID-19 peyvəndinin effektivliyi: ikinci mərhələ başladı

Xəbərlər

14.06.2022 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

Qəhrəman Haqverdiyev: “İkinci mərhələdə aparılan tədqiqat sayəsində infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güclü olduğunu müəyyən etmək imkanı yaranacaq”

Azərbaycanda səhiyyə işçiləri arasında aparılan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatın növbəti – ikinci mərhələsi başlayıb. nə start verilib. AYNA xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev açıqlama verib.

Onun sözlərinə görə, COVID-19-a qarşı vaksinasiyanın effektivliyi həm tədqiqatlarda, həm də real həyatda bir daha öz təsdiqini tapır: “Vaksinasiyanın sürəti, əhatəliyi və effektivliyinə görə nümunəvi ölkələr sırasında olan Azərbaycanda ilk növbədə tibb işçiləri, yaşlı, immuniteti çox zəif olan və xronik xəstəliklərdən əziyyət çəkən şəxslərin vaksinasiyası sayəsində bir çox ölümlərin və ağır xəstəlik hallarının qarşısı alınmış oldu. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkədə 1500 tibb işçisinin iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanılıb”.

“Tədqiqatın gözlənilən elmi və ictimai səhiyyə baxımından ciddi əhəmiyyətini, habelə ilkin vaksinasiyanın ölkəmizdə məhz ənənəvi metodla hazırlanmış vaksinlə (Çin istehsalı olan “Coronovac” vaksini), buster vaksinasiyanın isə həm Çin vaksini, həm də mRNT əsaslı vaksinlə aparıldığını nəzərə alaraq, onun dünyanın ən nəhəng klinik tədqiqatların qeydiyyatı sistemi olan ABŞ-ın www.clinicaltrials.gov bazasında qeydiyyatı təmin edilib”, - deyə İSİM direktoru söyləyib.

Əlavə edib ki, ilkin təhlilin nəticələri nüfuzlu, impakt faktoru 4.3 olan “Qrip və digər respirator viruslar” jurnalında dərc edilib: “Bu nəticələr, həmçinin növbəti aylarda Azərbaycanda vaksinasiya tədbirlərinin planlaşdırılması baxımından da xüsusi önəm kəsb edir. Belə ki, tədqiqat çərçivəsində həm vaksinlərin effektivliyi, həm də təbii infeksiya və vaksinasiyadan sonra immunitetin yaranması və qoruyucu qabiliyyətinin müddəti də araşdırılır. İlkin nəticələrini nəzərə alaraq, ÜST və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzi (US CDC) Qlobal Səhiyyə üçün İşçi Qrupu vasitəsilə bu önəmli tədqiqatı əlavə 1 il də davam etdirilməsinə dəstək verdi”.

“İkinci mərhələdə aparılan tədqiqat sayəsində infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güclü olduğunu müəyyən etmək imkanı yaranacaq. Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın bu ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək. Beləliklə, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verəcək, qərarların qəbulunun isə elmi sübutlara dayanıqlı olmasını təmin edəcək”, - Haqverdiyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş