Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulanların sayı açıqlanıb

Xəbərlər

06.08.2021 - 17:44

Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 37 min 741-dir

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 068 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 327 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 311 119, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 091 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 219 818 təşkil edir.

Müəllif: Ayna.az