Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

26.07.2023 - 11:27

cedabet dərman SEO Xidməti

Son həftədə 227 nəfərə koronavirusa qarşı peyvənd vurulub

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 227 nəfərə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 109, ikinci mərhələ üzrə 34, üç və daha çox doza üzrə 76, pozitiv nəticədən sonra “buster” doza üzrə 8 nəfər vaksinasiya olunub.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 968 275, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 953, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 218, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 754, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 350 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş