Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

20.03.2022 - 21:18

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 13 min dozaya yaxın peyvənd vurulub

Martın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 966 doza peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 668, ikinci doza vaksinlərin sayı - 1501, üç və daha çox doza vaksinlərin sayı – 10 min 39, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 758-dir.

Azərbaycanda bu günə qədər vurulan peyvəndlərin ümumi sayı 13 milyon 368 min 482, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 319 min 389, ikinci mərhələ üzrə 4 milyon 814 min 484, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 10 min 292, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 224 min 317-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş