Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

06.02.2022 - 20:27

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 32 min nəfərdən çox şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 276 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 632, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 28 187 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 218 555, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 217 778 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş