Azərbaycanda COVID-19 əleyhinə 13 milyona yaxın peyvənd vurulub

Xəbərlər

21.02.2022 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 88 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 nəfər, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanlar isə yoxdur.

Vurulan peyvəndlərin ümumi sayı 12 787 678, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 339, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 775 034, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 323, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş