Azərbaycanda COVID-19-a 75 yeni yoluxma qeydə alınıb

Xəbərlər

08.05.2020 - 16:15

cedabet dərman SEO Xidməti

Son sutka ərzində ölkəmizdə 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

 

Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkəmizdə 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Hazırkı dövrədək Azərbaycanda 2 min 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib. 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181.530 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş