Azərbaycanda Bayraq Günü hava yağmursuz keçəcək

Xəbərlər

08.11.2020 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Sabahın hava proqnozu açıqlanıb

 

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz  15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. 

 

Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10,  gündüz 15-18, dağlarda gecə 0-4, gündüz  6-10 dərəcə isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

 

Qeyd edək ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş