Təhsil Nazirliyi koronavirusa görə bağlanan məktəblərin sayını açıqlayıb
Ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, koronavirusa görə 9 məktəb distant təhsilə keçib.