Azərbaycanda 5 yeni reabilitasiya mərkəzi yaradılacaq

Xəbərlər

22.07.2022 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Əlilliyi olan şəxslərin reabilitasiyaya əlçatanlığının təmin edilməsi nəzərdə tutulub

Əlilliyi olan şəxslərin reabilitasiyası məqsədilə reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi, onların reabilitasiya infrastrukturuna əlçatanlığının təmin edilməsi nəzərdə tutulub.

AYNA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Planın əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qurumlar Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyidir.

Hazırda 15 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. 2023-2025-ci illər ərzində hər il 1 yeni reabilitasiya müəssisəsi fəaliyyətə başlayacaq.

2026-cı ilin sonuna qədər isə 5 yeni reabilitasiya müəssisəsinin fəaliyyəti təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş