Azərbaycanda 4 günlük bayram tətili başlayır

Xəbərlər

17.07.2021 - 14:51

İyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq

 

Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır. AYNA xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında Qurban bayramı günlərində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.

 

İyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri iş günü olacaq.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 14 iyul 2021-ci il qərarına əsasən, Azərbaycanda 18 iyul (bazar), 19 iyul (bazar ertəsi) və Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti qadağan edilib.

Müəllif: Ayna.az